[b]“Qəbələ” 1/4 finalda[/b]
31.05.2018 - 00:41
[b]“Qəbələ” 1/4 finalda[/b]

Xorvatiyanın Riyeka şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında 66-ci Kvarnerska Riviyera turnirində qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin U-17 komandası III turda Xorvatiyanın “Osiyek” klubu ilə qarşılaşıb.

 

Görüş 1:1 hesabı ilə başa çatıb. “Qırmızı-qaralar”ın heyətində Kamran Quliyev rəqib qapısına yol tapıb.

 

Beləliklə, ilk iki turda Sloveniya “Domjale”si ilə qolsuz heç-heçə edib, Xorvatiya “Omişal”ını 2:0 hesabı ilə məğlub edən “Qəbələ” 5 xalla qrupda 2-ci yeri tutub.

 

“Qırmızı-qaralar” hər komandanın üç 18 yaşadək futbolçudan yararlana bildiyi turnirin 1/4 finalına yüksəlib.

 

Təmsilçimizin bu mərhələdəki rəqibi Sloveniyanın “Olimpiya” klubu olacaq.