[b]“Qəbələ” 30-un astanasında[/b]
09.04.2018 - 22:16
[b]“Qəbələ” 30-un astanasında[/b]

“Qəbələ” Azərbaycan kubokunda 30-cu qələbəsini qazana bilər. Apasport.az saytının məlumatına görə, aprelin 12-də keçiriləcək yarımfinalın ilk oyununda “Neftçi”ni qəbul edəcək “qırmızı-qaralar” yubileyin astanasındadı.

 

Qəbələnin eyniadlı təmsilçisi indiyədək ölkə kubokunda 29 dəfə qalib gəlib. Keçirdiyi 56 matçda 17 heç-heçə və 10 məğlubiyyəti olan komanda 57-ci görüşdə 30-a çatmaq niyyətindədi. “Qəbələ” 30-cu dəfə qalib gəlsə, ən azı bu qədər uğuru olan 8-ci komanda olacaq.

 

Qeyd edək ki, aprelin 12-də keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 18:00-da başlayacaq.