[b]“Qəbələ” – “Apollon” oyunu ilə bağlı qeyri-adi qərar[/b]
06.08.2015 - 11:50
[b]“Qəbələ” – “Apollon” oyunu ilə bağlı qeyri-adi qərar[/b]

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Apollon” (Kipr) oyunu ilə bağlı qeyri-adi qərar verib. Apasport.az saytının məlumatına görə, Avropa futbol təşkilatı bu gün Bakıda keçiriləcək matça əlavə olaraq daha bir UEFA nümayəndəsi təyin edib.

 

“Qəbələ” – “Apollon” qarşılaşmasının ikinci UEFA nümayəndəsi Gürcüstanı təmsil edən Giorgi Pirtsxalava olacaq. Bu addım iyulun 30-da Kiprin Larnaka şəhərində keçirilən ilk oyun zamanı yerli azarkeşlərin aqressiv davranışı ilə əlaqədar yaranmış gərginliyi nəzərə alınaraq atılıb.

 

Mənbə: affa.az