[b]“Qəbələ” – “Dinamo” matçında tanınmış simalar[/b]
21.09.2016 - 19:19
[b]“Qəbələ” – “Dinamo” matçında tanınmış simalar[/b]

“UEFA Gənclər Liqası”nın seçmə mərhələsi çərçivəsində “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Moskva “Dinamo”sunu qəbul edir. Apasport.az saytının məlumatına görə, “Qəbələ”də baş tutan qarşılaşmanı izləyənlər arasında tanınmış simalar da var.

 

“Dinamo” rəsmisi, ötənlərin məşhur futbolçusu Aleksey Smertinin Azərbaycana gəlişi gözlənilsə də, son anda səfər gerçəkləşməyib. Əvəzində aşağı yaş qruplarında fəaliyyət göstərən keçmiş futbolçu Sergey Silkin də Qəbələdədi.\

 

Bundan başqa, Topaz Premyer Liqasının V turu çərçivəsində sabah “Sumqayıt”ı qəbul edəcək “Qəbələ”nin əsas komandası tam tərkibdə matçı seyr edir.

 

Futbolçularla yanaşı, baş məşqçi Roman Qriqorçuk, onun köməkçiləri, eyni zamanda AFFA-nın texniki direktoru Bernhard Lippert də “UEFA Gənclər Liqası”nın “Qəbələ” – “Dinamo” matçına tamaşa edir.

0