UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qəbələ” – “Panatinaikos” matçının biletləri satışa çıxarılıb. Apasport.az-ın “qırmızı-qaralar”ın rəsmi saytına istinadən məlumatına görə, azarkeşlər bu gündən bilet ala biləcəklər.
Biletləri saat 14:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun və "Bakcell Arena"nın kassalarından almaq mümkün olacaq. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdı.
Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da keçiriləcək “Qəbələ” – “Panatinaikos” matçı saat 21:00-da başlayacaq.
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
- “Real” Haaland transferində “Barselona”nı qabaqlayır