[b]“Qəbələ” – “Panatinaikos” oyununun hakimləri bəlli oldu[/b]
29.07.2017 - 21:00
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Panatianikos” oyununun hakimləri bəlli olub. Apasport.az saytının məlumatına görə, qarşılaşmanı ingilis hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Kreyq Pauson təyin olunub. Ona yan xəttdə Li Betts və Adam Nunn yardım edəcəklər. 4-cü hakim isə Kevin Friend olacaq.
UEFA nümayəndəsi kimi xorvatiyalı Aloyje Supraha, hakim inspektor kimi isə macarıstanlı Lajlo Vaqner Bakıya səfər edəcək.
Qeyd edək ki, “Qəbələ” – “Panatianikos” görüşü avqustun 3-də saat 21:00-da start götürəcək.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0