[b]“Qəbələ” “Qalatasaray”la “Mançester Siti”yə uduzdu[/b]
09.04.2018 - 15:24
[b]“Qəbələ” “Qalatasaray”la “Mançester Siti”yə uduzdu[/b]

Türkiyədə keçirilən 12 yaşadək futbolçular arasında “İzmir cup” turnirinə yekun vurulub. Apasport.az-ın “Qəbələ”nin rəsmi saytına istinadən məlumatına görə, bu klubun U-12 komandası da yarışda qüvvəsini sınayıb.

 

“Qırmızı-qaralar” 56 komandanın mübarizə apardığı yarışa A qrupunda başlayıb. Bu mərhələdə “Qəbələ” Türkiyə təmsilçisi “Karasu”nu 2:0 hesabı ilə məğlub edib, “Rizəspor”a (Türkiyə) 1:2, “Mançester Siti”yə (İngiltərə) 0:3, “Qalatasaray”a (Türkiyə) 0:5, “Altay”a (Türkiyə) 0:1, “Alkmaar”a (Hollandiya) 0:7 hesabı ilə uduzub.
 

Növbəti qrup mərhələsində “Qəbələ” Küveytin “Al-Arabi” (1:1, 2:2) və Azərbaycanın digər təmsilçisi “Neftçi” (1:1, 2:2) ilə qarşılaşıb. Ardınca “qırmızı-qaralar” “Göztəpə” (Türkiyə) ilə qolsuz bitən matçın penaltilər seriyasında qalib gəlib.
 

“Qəbələ” turnirin son günündə “İzmir Bornova”ya (Türkiyə) 0:1, “Dinamo”ya (Tiflis, Gürcüstan) 0:2 hesabı ilə uduzub.
 

Turnirin qalibi adını isə Hollandiya təmsilçisi “Alkmaar” qazanıb.