“Qəbələ” Azərbaycan Premyer Liqasının XI turunun hazırlıqlarını davam etdirir. Apasport.az klubun saytına istinadən məlumat verir ki, “qırmızı-qaralar” “Səbail”lə evdə keçiriləcək qarşılaşmaya hazırlığı oktyabrın 30-da başlayıb.
X turun “Zirə” ilə səfər matçından (1:2) sonra birgünlük istirahətə buraxılan komanda Bakıda bir araya gəlib. Roman Qriqorçukun yetirmələri məşqlərini gündə bir dəfə olmaqla davam etdirir. Zədədən dönən İlqar Qurbanovla Filip Ozobiç fərdi hazırlıqla kifayətləniblər.
Xatırladaq ki, “Qəbələ” – “Səbail” oyunu noyabrın 4-də keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya