Topaz Premyer Liqasında sona 6 tur qalmış turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Qəbələ” avrokubokların hazırlığına başlayıb. Klubdan apasport.az saytına verilən məlumatına görə, “qırmızı-qaralar”ın gələn mövsüm qitə miqyaslı turnirdə ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.
Son illər 8-ci km qəsəbə stadionuna üstünlük verən bölgə təmsilçisi rəqibləri ilə yenə paytaxtda qarşılaşacaq. Lakin bu dəfə seçim fərqlidi - “Dalğa Arena”. 8-ci km qəsəbə stadionunda görüləcək təmir işləri “Qəbələ” rəhbərliyini bu seçimə vadar edib. Klub ev oyunlarını keçirəcəyi arenanın adını artıq UEFA-ya göndərib.
Qeyd edək ki, Premyer Liqada cüzi də olsa, çempionluq şansını qoruyan “Qəbələ” ölkə kubokunda mübarizəni yarımfinal mərhələsində davam etdirir.