Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yeganə vəsiqəyə “Qəbələ”nin U-19 komandası yiyələnib.
AFFA-nın keçirdiyi Gənclər Liqasında 2017/18 mövsümünün çempionu olan “qırmızı-qaralar” həm də avrokuboklara yüksəlib. Turnirin son matçında “Qarabağ”la qolsuz heç-heçə edən qəbələlilər rəqibi ilə eyni xala malik olsa da, şəxsi görüşlərdəki üstünlüyə görə (1:0, 2:2, 0:0) qızıl medallara sahib çıxıb.
Qeyd edək ki, 2018/19 mövsümündə avrokubokda oynayacaq “Qəbələ”nin U-19 komandası 2016/17 mövsümündə də qitəmiqyaslı turnirdə çıxış edib.
|
1 |
Qəbələ |
24 |
18 |
6 |
0 |
61-11 |
60 |
|
2 |
Qarabağ |
24 |
19 |
3 |
2 |
76-17 |
60 |
|
3 |
Səbail |
24 |
17 |
2 |
5 |
56-18 |
53 |
|
4 |
Neftçi |
24 |
13 |
4 |
7 |
45-25 |
43 |
|
5 |
Sumqayıt |
24 |
10 |
1 |
13 |
47-53 |
31 |
|
6 |
Keşlə |
24 |
7 |
2 |
15 |
25-51 |
23 |
|
7 |
Neftçi İK İB |
24 |
5 |
2 |
17 |
11-57 |
17 |
|
8 |
Zirə |
24 |
4 |
4 |
16 |
15-53 |
16 |
|
9 |
Kəpəz |
24 |
2 |
2 |
20 |
12-63 |
8 |
Bombardirlər: Kamran Quliyev (Qəbələ) – 22 qol, Deda Yoraslav (Qarabağ) – 19 qol, Xəqani Sadıxov (Qarabağ) – 12 qol