[b]“Qəbələ” azarkeşlərindən Qriqorçuka sürpriz[/b]
06.08.2015 - 20:28
[b]“Qəbələ” azarkeşlərindən Qriqorçuka sürpriz[/b]

“Qəbələ” azarkeşləri baş məşqçi Roman Qriqorçuka sürpriz ediblər. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Apollon”la qarşılaşan “qırmızı-qaralar”ın fanatları ukraynalı mütəxəssis üçün plakat asıblar.

 

Həmin plakatda Qriqorçukun başında aerodrom kepkası olan şəkil və rus dilində “Roman, biz səninləyik” yazısı öz əksini tapıb.

 

“Bakcell Arena”da baş tutan və hazırda ilk hissəsi gedən qarşılaşmaya maraq olduqda böyükdü. 11 min tutuma malik olan stadion tam dolub və hətta arenanın kənarında da azarkeşlər var.

 

Qeyd edək ki, Roman Qriqorçuk “Apollon”la ilk qarşılaşmadan öncə bildirmişdi ki, komandası pley-off mərhələsinə vəsiqə qazanarsa, aerodrom kepkası taxacaq.