[b]“Qəbələ” baş məşqçisiz qaldı[/b]
03.11.2016 - 22:54
[b]“Qəbələ” baş məşqçisiz qaldı[/b]

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan “Qəbələ” – “Sent-Etyen” oyunununda meydan sahibləri baş məşqçisiz qalıblar. Apasport.az saytının məlumatına görə, təmsilçimizin ukraynalı çalışdırıcısı Roman Qriqorçuk texniki zonadan kənarlaşdırılıb.

 

Belə ki, oyunun ilk hissəsində bir epizodda Ruslan Qurbanova qarşı edilən kobudluqdan sonra hakimin qərarına sərt etiraz edən çalışdırıcıya şifahi xəbərdarlıq edilib.

 

Ancaq ukraynalı çalışdırıcı əsəblərinə hakim ola bilməyib. Belə olan təqdirdə isə o, oyunun 45-ci dəqiqəsində baş hakim tərəfindən texniki zonadan uzaqlaşdırılıb. Bundan bir dəqiqə sonra isə rəqib cavab qolunu vurub.