[b]Monrozla Qurbanov dalaşdı[/b]
24.09.2017 - 21:08
Azərbaycan Premyer Liqasının VI turunda “Qəbələ” evdə “Neftçi”ni qəbul edib. Apasport.az saytının məlumatına görə, oyun bitən kimi “Qəbələ”nin futbolçuları – Stiven Monroz və Ruslan Qurbanov arasında gərginlik yaşanıb.
Belə ki, iki oyunçu arasında olan anlaşılmazlıq davaya çevrilib. Legioner futbolçu bilinməyən səbəbdən Qurbanovun üzərinə hücum edib. Hadisələrin nəticəsi olaraq matçın baş hakimi Fariz Yusifov Monroza qırmızı vərəqə göstərib.
Qeyd edək ki, oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0