Topaz Premyer Liqasının XVIII turunun “Qarabağ”la matçından (1:1) sonra istirahətə buraxılan “Qəbələ” hazırlıqlara start verir. Apasport.az saytının məlumatına görə, təlim-məşq prosesi Türkiyədə baş tutacaq komanda bu gün qonşu ölkəyə yollanacaq.
“Qəbələ”nin legioner futbolçuları da komandaya Antalyada qoşulacaq. Toplanış yanvarın 27-nə kimi davam edəcək. Hazırlıq müddətində “qırmızı-qaralar” Antalyanın Belek bölgəsindəki “Gloria Sereniti” otelində məskunlaşacaq.
Bu müddətdə “Qəbələ” qardaş ölkədə 3 yoldaşlıq oyunu keçirəcək. Roman Qriqorçukun yetirmələrinin ilk rəqibi “Osnabryuk” olacaq. Almaniya çempionatının aşağı liqa təmsilçisi ilə qarşılaşma ayın 16-da baş tutacaq.
4 gün sonra “qırmızı-qaralar” ikinci yoxlama oyununda İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək.
Yanvarın 24-də baş tutacaq son yoxlama matçında komanda Ukrayna təmsilçisi “Dnepr”lə görüşəcək.
Xatırladaq ki, Premyer Liqanın ilk iki dövrəsində keçirdiyi 18 oyunda 28 xal toplayan “Qəbələ” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 2016-cı ilin ilk rəsmi matçını yanvarın 30-da keçirəcək komanda XIX turda “Kəpəz”lə qarşılaşacaq.
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- Xabi Alonso: “Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır"
- "Arsenal" yeni rekorda imza atıb