Topaz Premyer Liqasının VII turunun “Xəzər Lənkəran”la oyunundan (6:0) sonra üçgünlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlarına start verib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “qırmızı-qaralar”ın oktyabrın 8-dəki axşam məşqi Qəbələ şəhər stadionunda baş tutub.
Növbəti turun qarşılaşmasını oktyabrın 18-də “Neftçi”yə qarşı keçirəcək Roman Qriqorçukun yetirmələri milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədə yoxlama matçında qüvvəsini sınayacaq. Komanda oktyabrın 11-də “Qarabağ”la qarşılaşacaq.
Yığmaların düşərgəsində olan futbolçuların iştirak etməyəcəyi matç Qəbələ şəhər stadionunda keçiriləcək.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”