Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qəbələ”ni qəbul edəcək “Sent-Etyen” oyunöncəsi şad xəbər alıb. Apasport.az saytı Fransa mətbuatına istinadən xəbər verir ki, komandanın 2 zədəli futbolçusu sıraya dönüb.
Söhbət Jessi Mulin və Robert Beriçdən gedir. Mulin məşq zamanı ayağından yüngül xəsarət almışdı. Bu mənada, onun “qırmızı-qaralar”la matçda iştirakı sual altında idi. Lakin Mulin zədəsini sağaldaraq, məşqlərə başlayıb.
Onunla yanaşı, Beriç də kollektivlə birgə məşqlərə qoşulub. Adıçəkilən hücumçunun “Qəbələ”yə qarşı oynayacağı gözlənilir.
Qeyd edək ki, “Sent-Etyen” – “Qəbələ” matçı Bakı vaxtı ilə 23:05-də start götürəcək.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”