“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017-2018-ci illər mövsümünün hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirən Emin İmaməliyevin baş məşqçisi olduğu komanda ilk yoxlama oyununu keçirib.
“Qırmızı-qaralar” ilin ilk sınağında I divizionda çıxış edən “Ağsu” ilə üz-üzə gəliblər. Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub. Əvəzedicilər bu görüşdə 1:2 hesabı ilə məğlub olublar. Komandamızın heyətində Osman Soltanov fərqlənib.
Əvəzedicilərin yoxlama oyunlarındakı növbəti rəqibləri də dəqiqləşib. Yanvarın 18-də Bakıya yollanacaq komandamız paytaxtda keçirəcəyi 4 günlük hazırlıq çərçivəsində 2 matça çıxacaq.
“Qırmızı-qaralar” ayın 19-da “Şüvəlan”la, 3 gün sonra isə “Keşlə”nin əvəzedici komandası ilə görüşəcək.