[b]“Qəbələ” milli üzvünü sınaqdan keçirir[/b]
16.01.2016 - 21:43
[b]“Qəbələ” milli üzvünü sınaqdan keçirir[/b]

Milli komandamızın üzvü Pavel Paşayev “Qəbələ”də baxışdadı. Apasport.az saytının məlumatına görə, futbolçu bu gün baş tutan “Osnabryuk” (Almaniya) ilə yoxlama oyununda sonradan meydana daxil olub.

 

Karyerası ərzində Ukraynanın “Dnepr”, “Krivbass”, “Karpatı” , “Metallurq” (Zaporojye) klublarında çıxış edən müdafiəçi 2015-ci ildən Azərbaycan milli komandasının futbolçusudur. O, yığmamızın noyabrın 17-də Moldova ilə yoxlama oyununda komandada debüt edib.