[b]“Qəbələ” müdafiəçisini itirdi[/b]
02.04.2018 - 18:20
[b]“Qəbələ” müdafiəçisini itirdi[/b]

“Qəbələ” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın müdafiəçisi Vitali Vernidub zədələnib.

 

Hadisə Premyer Liqanın XXI turunda “Sumqayıt”la keçirilən qarşılaşmada baş verib. Belə ki, görüşün 57-ci dəqiqəsində zədələnən Vernidub mübarizəni davam etdirə bilməyib. Bu səbəbdən baş məşqçi Roman Qriqorçuk onu Omar Malone ilə əvəzləyib.

 

Qeyd edək ki, hazırda ikinci hissəsi gedən “Qəbələ” – “Sumqayıt” görüşündə meydan sahibləri 1:0 hesabı ilə öndədi.