[b]“Qəbələ” qalib gəlsə...[/b]
09.09.2017 - 10:26
[b]“Qəbələ” qalib gəlsə...[/b]

Azərbaycan Premyer Liqasının bu gün keçiriləcək “Qəbələ” – “Zirə” oyunu meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk üçün əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, meydan sahibləri IV turu qələbə ilə başa vursa, ukraynalı mütəxəssis yubiley qələbəsinə sevinəcək.

 

Belə ki, növbəti qələbə Qriqorçuk üçün “Qəbələ”də 60-cı olacaq. İndiyədək komandasını 128 matça çıxaran çalışdırıcı 59 dəfə qələbə sevinci yaşayıb.

 

Mütəxəssisin yetirmələri 34 heç-heçə və 35 məğlubiyyət də yaşayıb.

 

Qeyd edək ki, “Qəbələ” – “Zirə” matçı saat 20:30-da başlayacaq.

0