[b]“Qəbələ” Rumıniya yığmasının sabiq futbolçusu ilə müqavilə bağladı[/b]
23.06.2015 - 11:11
[b]“Qəbələ” Rumıniya yığmasının sabiq futbolçusu ilə müqavilə bağladı[/b]

2015/16 mövsümü öncəsi heyətini gücləndirməkdə davam edən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qara-qırmızılılar” 10-cu transferi həyata keçirib.

 

Mövsümlərarası fasilədə Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonovu və Vojislav Stankoviçi heyətinə qatan şimallılar rumıniyalı George Floreskunun keçidini də həll edib. 31 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

 

Floreskunun son klubu Rumıniya "Astra"sı olub. O, karyerası ərzində həmçinin "Universitatya" (Kluj, Rumıniya: 2001-2004), "Şerif" (Moldova: 2004-2006), "Torpedo" (Moskva, Rusiya: 2006-2007), "Mityullann" (Danimarka: 2008-2010), "Alaniya" (Rusiya: 2010), "Arsenal" (Kiyev, Ukrayna: 2011-2013), "Astra" (Rumıniya: 2013) və "Dinamo"nun (Moskva, Rusiya: 2013-2014) formasını geyinib. Floresku ölkəsinin U-21 (11 oyun) və əsas milli komandalarının (11 oyun) da formasını geyinib.