“Qəbələ”nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi “Panatinaikos” transfer çalışmalarını davam etdirir. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, Afina təmsilçisi finlandiyalı hücumçu Teemu Pukki ilə maraqlanır.
“Panatinaikos” Avropa Liqasında pley-off mərhələsinə yüksələcəyi təqdirdə, 27 yaşlı forvardı həmin mərhələ üçün sifariş vermək niyyətindədi. Lakin Pukkinin müqavilə ilə məxsus olduğu “Brondbü” klubu onu buraxmaq fikrindən uzaqdı.
Klub rəsmiləri Finlandiya yığmasının üzvünün qalmasını istədiklərini açıqlasalar da, Pukki “Panatinaikos”a yollanmağın əleyhinə deyil: “Panatinaikos” böyük klubdu. Bu komandanın maraq dairəsində olmaq mənim üçün sevindirici məqamdı. Ora keçib-keçməyəcəyimi hələ bilmirəm. Çünki danışıqlar hələ davam edir. Transfer baş tutarsa, məmnuniyyətlə Yunanıstan klubunda oynayaram”.
Qeyd edək ki, “Panatinaikos” “Qəbələ” ilə Afinadakı ilk matçda 1:0 hesablı qələbə qazanıb. Bu komandalar arasında cavab görüşü avqustun 3-də Bakıda oynanılacaq.
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
- “Real” Haaland transferində “Barselona”nı qabaqlayır