[b]“Qəbələ” Türkiyəyə getdi![/b]
10.06.2015 - 12:45
[b]“Qəbələ” Türkiyəyə getdi![/b]

Yeni mövsümdən ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ” yay təlim-məşq toplanışına start verib. Apasport.az saytının məlumatına görə, 2014/15 mövsümünün bürünc mükafatçısı bunun üçün dünən gecə saatlarında Türkiyəyə yollanıb. 

 

Yay hazırlığına toplaşan ilk Azərbaycan klubu olan “Qəbələ” məşqlərini iyunun 19-dək Ərzurum şəhərində keçəcək. Baş məşqçi Roman Qriqorçuk bu müddətdə yetirmələrini iki yoxlama görüşündə sınamağı da planlaşdırır. Ayın 19-də Vətənə dönəcək “qırmızı-qaralar” iki günlük istirahətdən sonra Qəbələdə toplaşacaq və toplanışın ikinci mərhələsini ayın sonuna qədər doğma məkanda keçəcək.

 

Qeyd edək ki, Avropa Liqasındakı digər təmsilçilərimiz kimi, “Qəbələ” də mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. “Qırmızı-qaralar”ın ilk oyunu iyulun 2-də, cavab görüşü isə 9-da baş tutacaq.