[b]“Qəbələ” üçün 243 min avro[/b]
21.01.2016 - 16:29
[b]“Qəbələ” üçün 243 min avro[/b]

Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” keçirdiyi oyunda topladığı xallara əsasən qazandığı məbləği alıb. Apasport.az saytının məlumatına görə, 2 oyunda heç-heçə edən əyalət klubunun qazancı 243 min avro təşkil edib.

 

UEFA nəticələr üçün ayırdığı bu bonus məbləği AFFA tərəfindən “Qəbələ”nin hesabına köçürülüb.

 

Qeyd edək ki “qırmızı-qaraılar”ın qrup mərhələsində hər iki heç-heçəsi Yunanıstan PAOK-u ilə matçlara təsadüf edib – hər ikisi 0:0.