[b]“Qəbələ” üçün israillilər, “İnter” üçün ispanlar[/b]
29.06.2015 - 16:05
[b]“Qəbələ” üçün israillilər, “İnter” üçün ispanlar[/b]

Azərbaycan klublarının Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirəcəyi səfər matçlarının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA “Qəbələ” və “İnter”in görüşlərini idarə edəcək ədalət təmsilçilərini müəyyənləşdirib.

 

Paytaxt təmsilçisinin Albaniyada “Laçi”yə qarşı keçirəcəyi matçda ispaniyalı hakimlər iş başında olacaq. “Qəbələ”nin Tiflis “Dinamo”su ilə səfər qarşılaşması isə israillilərə tapşırılıb.

 

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

2 iyul

20:30. “Laçi” (Albaniya) - “İnter” (Azərbaycan)

Hakimlər: Karlos Del Serro, Xuan Yuste, Abraham Aıvares Santon, İnaki Visente Qarrido (hamısı İspaniya)     

Hakim-inspektor: Uno Tutk (Estoniya)

UEFA nümayəndəsi: Mixail Anaqnostou (Yunanıstan)

Laçi. “Laçi” stadionu

 

21:00. “Dinamo” (Tiflis, Gürcüstan) – “Qəbələ” (Azərbaycan)

Hakimlər: Roi Reynşreyber, David Elias Biton, İdan Yarkoni, Zvi Levi (hamısı İsrail)

UEFA nümayəndəsi: George Fantaros (Yunanıstan)

Hakim-inspektor: Siril Zimmermann (İsveçrə)

Tiflis. Boris Payçadze adına “Dinamo Arena”