[b]“Qəbələ” və “Qarabağ”ın legionerləri milliyə dəvət olundu[/b]
14.03.2016 - 16:03
[b]“Qəbələ” və “Qarabağ”ın legionerləri milliyə dəvət olundu[/b]

Bosniya və Herseqovina milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, balkanlıların baş məşqçisi Mehmed Bajdareviç Lüksemburqla martın 25-də, İsveçrə ilə isə ayın 29-da baş tutacaq matçlarda güvənəcəyi futbolçuları müəyyənləşdirib.

 

O, Topaz Premyer Liqasında çıxış edən iki oyunçunu da heyətə daxil edib. “Qarabağ”ın qapıçısı İbrahim Şehiç və “Qəbələ”nin hücumçusu Ermin Zets də mütəxəssisin siyahısında yer alıblar.

 

Qeyd edək ki, Bosniya və Herseqovina millisi hər iki yoldaşlıq oyununu səfərdə keçirəcək.