Sabah Topaz Premyer Liqasında XXX turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, tura Bakıda start veriləcək.
Paytaxt derbisində “Bakı” “İnter”i qəbul edəcək. Cari mövsümdə rəqibindən xal ala bilməyən İbrahim Uzuncanın yetirmələri mükafatlar uğrunda mübarizə aparan “bankirlər”i büdrətməyə çalışacaq. Kaxaber Sxadadzenin komandası isə 2-ci pillədəki mövqeyini qorumaq üçün autsayderi itkisiz keçməlidi.
Turnir cədvəlinin aşağı hissəsində qərarlaşan AZAL-la “Sumqayıt”ın əvvəlki 3 oyununda paytaxt klubu məğlub olmayıb. Avrokuboklara nəzəri şanslarını saxlayan “təyyarəçilər” şanslarının minimuma enməməyi üçün qalib gəlməlidi. Xal itkisi Tərlan Əhmədovun yetirmələrinin mükafatlara nəzəri şanslarının üstündən xətt çəkəcək.
İlk “beşlik”də qərarlaşan “Qarabağ”la “Simurq” Zaqatalada üz-üzə gələcək. Kubokun 1/4 final mərhələsinin ilk oyunundan 4 gün sonra qarşılaşacaq komandalar mövsümdə 4 dəfə münasibətlərini aydınlaşdırıb. Bütün görüşlərdə minimal fərqlə qalib gələn Ağdam təmsilçisi çempionluq yolunda növbəti addımı atmaq iddiasındadı.
Qurban Qurbanovun yetirmələri qalib gəlsə, avrokuboklara vəsiqəni təmin edəcək. “Qarabağ” 3 xal qazanmasa da, buna nail ola bilər. Bunun üçün “Qəbələ”nin xal itirməsi lazımdı. “Simurq” isə ilk “dördlüy”ə düşmək şanslarının minimuma qədər azalmamağı üçün 3 xal qazanmalıdı.
Tura “Neftçi” və “Qəbələ” arasında oyunla yekun vurulacaq. Turnir cədvəlində qonşu olan komandalar mükafatçılar sırasına düşmək uğrunda çox vacib görüşdə üz-üzə gələcək. Cari mövsümdə rəqibinə uduzmayan bakılılar qalib gəlib, 2-ci yerə də yüksələ bilər. Bu da “İnter”in büdrəməsi halında mümkündü. “Qəbələ” 6 oyunluq qələbə seriyasını davam etdirib, mövsümün rekorduna imza atmaq arzusundadı. Roman Qriqorçukun yetirmələri bunu bacarsa, “Neftçi” ilə xal fərqini də azaldacaq.
Qeyd edək ki, XXX turda “Xəzər Lənkəran” istirahət edəcək.
XXX tur
17 aprel (cümə)
16:00. “Bakı” – “İnter”
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, İsgəndər Əliyev, Xəlil Xəlilov
İlk 3 dövrədəki oyunlar: 0:7, 0:1, 0:4
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
16:00. AZAL – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Elşən Acalov, Etibar Həsənov
İlk 3 dövrədəki oyunlar: 1:0, 3:2, 0:0
“AZAL Arena”
18:00. “Simurq” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Elvin Əsgərov
İlk 3 dövrədəki oyunlar: 0:1, 2:3, 0:1
Zaqatala şəhər stadionu
20:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov
İlk 3 dövrədəki oyunlar: 0:0, 0:0, 3:1
“Bakcell Arena”
|
1 |
Qarabağ |
26 |
17 |
6 |
3 |
42-22 |
57 |
|
2 |
İnter |
25 |
12 |
11 |
2 |
40-12 |
47 |
|
3 |
Neftçi |
26 |
13 |
7 |
6 |
32-20 |
46 |
|
4 |
Qəbələ |
26 |
11 |
7 |
8 |
35-32 |
40 |
|
5 |
Simurq |
26 |
10 |
5 |
11 |
35-28 |
35 |
|
6 |
AZAL |
26 |
8 |
7 |
11 |
28-37 |
31 |
|
7 |
Xəzər L |
26 |
7 |
6 |
13 |
32-40 |
27 |
|
8 |
Sumqayıt |
25 |
4 |
8 |
13 |
23-36 |
20 |
|
9 |
Bakı |
26 |
2 |
7 |
17 |
16-56 |
13 |
Bombardirlər: Draqan Çeran ("Simurq"), Nurlan Novruzov ("Bakı") - 12 qol