[b]“Qəbələ” Yaponiya və Meksika klubu ilə qarşılaşa bilər[/b]
30.03.2018 - 12:00
[b]“Qəbələ” Yaponiya və Meksika klubu ilə qarşılaşa bilər[/b]

“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası iyunda beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, Praqada keçiriləcək “Ulduzlar Kuboku 2018”in 12 iştirakçısı artıq bəlli olub.

 

Belə ki, Azərbaycan təmsilçisi, “Barselona” (İspaniya), PSJ (Fransa), “Porto” (Portuqaliya), “Beşiktaş” (Türkiyə) və “Zenit”dən (Rusiya) sonra Çexiyanın 3 komandası - “Slovaçko”, “Viktoriya”, “Dukla”, Almaniyadan “Herta”, həmçinin Meksikadan “Çivas” və Yaponiyadan “Avispa”nın 2002-ci il təvəllüdlü futbolçuları yarışa qatılacaq.

 

Turnirdə mübarizə aparacaq digər 4 komandanın kimliyi hələ bilinmir. Bütün iştirakçılar müəyyənləşdikdən sonra püşkatma mərasimi keçiriləcək və qrupların tərkiblərinə aydınlıq gələcək.

 

Qeyd edək ki, “Ulduzlar Kuboku 2018” turniri iyunun 15-dən 17-dək baş tutacaq.