[b]“Qəbələ”da kapitan şoku[/b]
15.10.2016 - 17:38
[b]“Qəbələ”da kapitan şoku[/b]

Topaz Premyer Liqasının VIII turunun açılış matçında “İnter” “Qəbələ”ni qəbul edir. Apasport.az saytının məlumatına görə, qarşılaşma qonaqlar üçün heç də uğurlu keçmir.

 

İkinci hissəsi davam edən matçda “Qəbələ” kapitanı Rəşad Sadiqovu itirib. Görüşün 62-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizə zamanı ayağından xəsarət alan futbolçu mübarizəni davam etdirə bilməyib. Nəticədə meydanı axsayaraq tərk edən Sadiqovu Ruslan Qurbanov əvəzləyib.

 

Kapitanlıq sarğısı isə braziliyalı müdafiəçi Rafael Santosa verilib.

 

0