[b]“Qəbələ”də Camalov və Kvekveskiri problemi[/b]
19.09.2016 - 15:19
[b]“Qəbələ”də Camalov və Kvekveskiri problemi[/b]

Topaz Premyer Liqasının V turu çərçivəsində bu gün AZAL-ı qəbul edəcək “Qəbələ” oyuna itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, baş məşqçi Roman Qriqorçuk bu görüşdə 2 futbolçunun xidmətindən məhrum olacaq.

 

Söhbət Elvin Camalov və Nika Kvekveskiridən gedir.

 

“Neftçi” ilə çempionat oyununda əzələsi dartılan Camalov məşqlərdə başlasa da, həkimlər onun AZAL-a qarşı oynamasına icazə verməyiblər. Elvin növbəti turdan etibarən “qırmızı-qaralar”a kömək edə biləcək.

 

“Qəbələ”nin gürcüstanlı futbolçusu Nika Kvekveskirinin zədəsi isə daha ciddidi. Avroliqanın qrup mərhələsi çərçivəsində “Anderlext”lə görüşdən öncə xəsarət alan yarımmüdafiəçi təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, “Qəbələ” – AZAL matçı saat 18:00-da start götürəcək.