Ölkə kubokunda mübarizəni dayandıran “Qəbələ” həftəsonu “Zirə” ilə keçirəcəyi çempionat görüşünün hazırlığına start verib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” bu gün tam heyətlə məşq etməyiblər.
Belə ki, baş məşqçi Roman Qriqorçukun xidmətində “Neftçi” ilə kubok matçında oynamayan futbolçular olub. “Qəbələ” tam heyətlə hazırlığa isə sabahdan başlayacaq.
Əyalət təmsilçisinin heyətlə bağlı problemləri qalmaqdadı. Ruslan Abışov zədəsini sağaldıb sıraya döndüyü halda, Luis Hilario Dodo və Sergey Zenyov hələ də hazırlıqdan kənarda qalıblar.
Zenyovun “Zirə”yə qarşı oynamayacağı bildirilir. Başı fizioterapiyaya qarışan Dodo da yenə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, mayın 7-də keçiriləcək “Zirə” – “Qəbələ” görüşü saat 15:00-da start götürəcək.
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
- “Real” Haaland transferində “Barselona”nı qabaqlayır