[b]“Qəbələ”də növbəti itki[/b]
04.04.2018 - 10:01
[b]“Qəbələ”də növbəti itki[/b]

“Qəbələ” daha bir futbolçusunun xidmətindən məhrum olub. Apasport.az saytının xəbərinə görə, “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Elvin Camalov vərəqə limitini doldurub.

 

23 yaşlı oyunçu Premyer Liqanın XXI turu çərçivəsində “Sumqayıt”la oyunda (1:1) sarı vərəqə alaraq cəzalı duruma düşüb. Həmin görüşdə zədələnən müdafiəçi Vitali Vernidub isə 3 həftəlik sıradan çıxıb. Onlar “Zirə” ilə növbəti tur matçını buraxacaqlar.

 

Qeyd edək ki, “Zirə” – “Qəbələ” oyunu aprelin 8-də keçirələcək.