[b]“Qəbələ”də yeni 2 illik müqavilə[/b]
19.05.2015 - 10:18
[b]“Qəbələ”də yeni 2 illik müqavilə[/b]

Gələn mövsüm avrokuboklarda iştirak edəcək “Qəbələ” ilk növbədə hazırkı heyəti qorumağa çalışır. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” müqavilə müddəti mövsümün sonuna qədər olan futbolçulardan biri ilə artıq anlaşıb.

 

Söhbət gənc müdafiəçi Ürfan Abbasovdan gedir. 23 yaşlı oyunçu saytımıza açıqlamasında artıq hərtərəfli razılıq əldə olduğunu deyib: “Mənim, onsuz da, “Qəbələ”dən getmək fikrim olmayıb. Rəhbərliklə yeni müqavilə məsələsini müzakirə etmişik. Təklif gəlib, mən də razılaşmışam. Bircə qalır kağıza qol çəkmək ki, bu da mövsüm başa çatdıqdan sonra həyata keçəcək. Çox güman ki, 2 illik müqavilə imzalayacam”.

 

Qeyd edək ki, Ürfan Abbasov bu mövsüm Topaz Premyer Liqasında 23 oyunda iştirak edib, 1 qola imza atıb.