[b]“Qəbələ”dən "Qızıl dubl" [/b]
18.05.2015 - 15:52
[b]“Qəbələ”dən "Qızıl dubl" [/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan Kubokunun qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakcell U-17 Liqasının iştirakçıları arasında bu gün keçirilən final matçından sonra “Qəbələ” kuboka sahib çıxıb.

 

Bayıl stadionunda baş tutan həlledici görüşdə Ramin Quliyevin yetirmələri “Bakı” ilə qarşılaşıb və 4:1 hesablı qələbə qazanıb.

 

Qarşılaşmadan sonra AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov, həmçinin futbol veteranı Rüstəm Rəhimovun iştirakı ilə mükafatlandırma mərasimi keçirilib.

 

Qeyd edək ki, “Qəbələ”nin U-17 komandası bir neçə gün əvvəl də Bakcell U-17 Liqasını çempion kimi tamamlayıb.