AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar keçirilib. Apasport.az saytının məlumatına görə, Gənclər Liqasında “Səbail”in qonağı olan “Qəbələ” qolsuz sülhə imza atıb - 0:0.
19 matçda 49 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlinin lideridir.
U-17 evdə “Səbail”dən güclü olub – 2:1. 25 görüşdə 64 xal yığan komanda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
U-16 rəqib meydanında “Zirə” üzərində minimalhesablı qələbə əldə edib – 1:0.
“Qırmızı-qaralar” 23 matçdan sonra 55 xalla çempionatın turnir cədvəlinə başçılıq edir.
“Keşlə” ilə qarşılaşan U-15 üç cavabsız qol vurub. 21 görüşdə 55 xal toplayan komanda çempionatın vahid lideridir.
Paytaxt regionunda çıxış edən U-14 “Vətən RİOEUGFM”lə heç-heçə edib (0:0) və “Keşlə”yə qalib gəlib – 1:0. 20 oyunda 51 xal toplayan “Qəbələ” bütün rəqiblərini qabaqlayır.
U-13 “Sumqayıt” və “Zirə”ni eyni – 2:0 hesabı ilə məğlub edib. 19 görüşdə 47 xal yığan komandamız 2-ci pillədə qərarlaşıb.