“Qəbələ” Azərbaycan klublarının avrokuboklardakı yeni rekordunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” avrokuboklarda keçirdiyi ardıcıl 9-cu ev oyununda qol sevinci yaşayıb.
Buna isə heç bir Azərbaycan klubu imza ata bilməyib. Roman Qriqorçukun yetirmələri 9-a Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda çatıb.
Yunanıstanın “Panatinaikos” klubuna 1:2 hesabı ilə uduzan təmsilçimiz rəqib qapısına avtoqol hesabına yol tapıb. Rodriqo Moledo 52-ci dəqiqədə qapıları səhv salıb.
Qeyd edək ki, avrokuboklarla vidalaşan “Qəbələ”nin qolsuz qaldığı son ev oyunu 2015-ci il dekabrın 10-na təsadüf edib. Rusiya “Krasnodar”ına 0:3 hesabı ilə uduzandan sonra qəbələlilər bütün qonaqların qapısından qol keçirib. Təmsilçimiz son 9 ev oyununda ümumilikdə 17 top vurub.