[b]“Qəbələ”nin 2 legioneri simvolik heyətdə[/b]
30.12.2015 - 16:36
[b]“Qəbələ”nin 2 legioneri simvolik heyətdə[/b]

Legioner həyatı yaşayan ukraynalı futbolçuların simvolik heyəti açıqlanıb. Apasport.az saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, heyətdə Azərbaycan çempionatında çıxış edən futbolçular da yer alıblar.

 

Belə ki, Andrey Dikan (“Krasnodar”, Rusiya), Denis Kulakov (“Ural”, Rusiya), Maksim Belıy (“Hayduk”, Xorvatiya), Aleksandr Şevelyuxin (“Qurnik”, Polşa), Vladimir Zastavnıy (“Daçiya”, Moldova), Taras Romançuk (“Yagelloniya”, Polşa), Artyom Starqorodski (“Şaxtyor”, Belarus), Yevgeni Konoplyanka (“Sevilya”, İspaniya), Denis Oleynik (“Vitess”, Hollandiya) və Yaroslav Kvasovla (“Kalev”, Estoniya) yanaşı, “Qəbələ”nin yarımmüdafiəçisi Aleksey Qayın da adı simvolik “11-liy”ə düşüb.

 

Ukrayna mətbuatı təcrübəli Qayın “Qəbələ” üçün vacib oyunçu olduğunu qeyd ediblər. Qayın daim əsas heyətdə meydana çıxmasını vurğulayan həmkarlarımız onun qollarını, və məhduldar ötürmələrini ön plana çəkiblər.

 

Ehtiyat oyunçuların siyahısında da bir “Qəbələ”li futbolçu qərarlaşıb. Söhbət “qırmızı-qaralar”ın qapıçısı Dmitri Bezotosnıdan gedir. Ukraynalılar onu millidə Dikanın əsas rəqibləri sayırlar. Həmkarlarımız Bezotosnının inamlı çıxış göstərərək, “Qəbələ”nin Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasında mühüm rol oynadığını bildiriblər. Onların fikrincə, Dima “Panatinaikos” və PAOK-la görüşlərdə daha inamlı təsir bağışlayıb.