[b]“Qəbələ”nin “Anderlext”lə matçının bilet qiyməti müəyyənləşdi[/b]
02.09.2016 - 15:17
[b]“Qəbələ”nin “Anderlext”lə matçının bilet qiyməti müəyyənləşdi[/b]

Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən olan “Anderlext” öz meydanında keçirəcəyi oyunların bilet satışına start verib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Belçika təmsilçisinin evində “Qəbələ”, “Sent-Etyen” və “Maynts”la keçirəcəyi matçların biletlərinin qiyməti açıqlanıb.

 

Klubun abunəçiləri üçün qiymət 30-90 avro arasında dəyişir. Abunədən keçməyən şəxslər isə 3 oyundan hansısa birinə baxmaq üçün 40 avrodan 105 avroya qədər pul xərcləməli olacaqlar.

 

Qrup mərhələsində “Anderlext”in “Qəbələ” ilə keçirəcəyi ilk görüşün bilet satışına sentyabrın 9-da start veriləcək.

 

Qeyd edək ki, “Anderlext” - “Qəbələ” matçı sentyabrın 15-də “Konstant Vanden Stok” stadionunda baş tutacaq.