UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Borussiya"(Dortmund, Almaniya) ilə oyun öncəsi “Qəbələ”nin futbolçuları və baş məşqçisi Roman Qriqorçukla media nümayəndələri və azarkeşlərin görüşü keçiriləcək. Apasport.az saytının məlumatına görə, sabah saat 16:00-da başlayacaq görüş zamanı media nümayəndələri və azarkeşlər arasında maraqlı müsabiqələr keçiriləcək, müxtəlif hədiyyələr sahiblərini tapacaq.
Azarkeşlər sevdikləri futbolçuların imzalı formasını əldə etmək və onlarla şəkil çəkdirmək şansı qazanacaqlar.
“Qəbələ” klubu bütün azarkeşləri bu görüşə dəvət edir.
Ünvan: Bakı, Neftçilər pr. 151, Port Baku Mall, 3-cü mərtəbə, "Go Sport" İdman Malları Mağazası, saat 16:00.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu