[b]“Qəbələ”nin bir neçə futbolçusunu yaxşı tanıyıram”[/b]
09.12.2015 - 18:36
[b]“Qəbələ”nin bir neçə futbolçusunu yaxşı tanıyıram”[/b]

“Qəbələ”nin bir neçə futbolçusunu yaxşı tanıyıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Krasnodar”ın futbolçusu Vanderson deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Krasnodar” sabah “Qəbələ”nin qonağı olacaq. Matçdan öncə keçirilən mətbuat konfransında iştirak edən braziliyalı oyunçu bunları deyib: “Rikardinyo ilə İsveçdə bir yerdə oynamışıq. Dodo ilə də münasibətim var. Onlarla söhbətləşdik, yaxşı insanlardı”.

 

Vanderson “Qəbələ”nin müdafiə xəttinə qarşı oynamağın çətin olduğunu vurğulayıb: “Qəbələ”nin çox güclü müdafiə xətti var. Ucaboydular, fiziki cəhətdən güclüdülər. İlk oyunda onlara qarşı çətinlik çəkmişdik. Bu dəfə də yerlə oynamalıyıq. Çünki rəqibin müdafiəçiləri hava mübarizəsində güclüdülər”.