[b]“Qəbələ”nin daha bir futbolçusu zədələndi[/b]
13.04.2016 - 12:49
[b]“Qəbələ”nin daha bir futbolçusu zədələndi[/b]

Topaz Premyer Liqasının XXX turunda “Rəvan”la qarşılaşacaq “Qəbələ” heyətlə bağlı daha bir problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, kapitan Dodonun ardınca “qırmızı-qaralar”ın digər legioneri Rafael Santos da zədələnib.

 

Braziliyalı müdafiəçi komandasının dünənki məşqində xəsarət alıb. Qasıq nahiyəsindən zədələnən Santos məşqi yarımçıq dayandırmaq məcburiyyətində qalıb. “Sambaçı”nın “Rəvan”a qarşı oynayıb-oynamayacağı hələ müəyyənləşməyib. Klubun həkimləri bu gün növbəti dəfə Santosu yoxlayacaqlar. Tibbi müayinədən keçdikdən sonra futbolçunun durumuna aydınlıq gələcək.

 

Kapitan Dodo isə hələ də zədəsini tam olaraq, sağalda bilməyib. Bu səbəbdən yaşıl meydanlardan uzaq qalan 29 yaşlı yarımmüdafiəçi “Rəvan”la matçda da komandasına kömək edə bilməyəcək.

 

“Qəbələ”nin daha bir futbolçusu paytaxt təmsilçisi ilə oyunu buraxacaq. Aleksey Qay sarı vərəqə limitini doldurduğu üçün bu turda meydana çıxmayacaq.

 

Qeyd edək ki, cümə günü keçiriləcək “Qəbələ” – “Rəvan” qarşılaşması saat 16:00-da start götürəcək. 

0