[b]“Qəbələ”nin futbolçusu pley-offda[/b]
03.11.2015 - 10:08
[b]“Qəbələ”nin futbolçusu pley-offda[/b]

“Qəbələ”nin futbolçusu Ermin Zets Bosniya və Herseqovina millisinə çağırılıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu AVRO-2016-nın pley-off mərhələsinin İrlandiya ilə qarşılaşmalarına dəvət alıb.

 

Balkan təmsilçisinin baş məşqçisi Mehmed Bajdareviçi açıqladığı siyahıda yer alan Ermin İrlandiya ilə noyabrın 13-də evdə, 3 gün sonra səfərdə baş tutacaq qarşılaşmalarda iştirak edə bilər.

 

Qeyd edək ki, Zets kimi “Qarabağ”ın qapıçısı İbrahim Şehiç də İrlandiya ilə qarşılaşmalara çağırılıb. Həmyerlisindən fərqli, qolkiperin heyətdə yer alacağı xeyli əvvəldən bəlli idi.