[b]“Qəbələ”nin futbolçusu üçün qoşa 8 [/b]
30.03.2016 - 10:16
“Qəbələ”nin futbolçusu Sergey Zenyov Estoniya yığmasında növbəti görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, o, komandasının Serbiya ilə keçirdiyi yoldaşlıq matçında meydana çıxıb.
Tallində baş tutan qarşılaşma qonaqların qalibiyyəti ilə başa çatıb. Aleksandr Kolarovun 81-ci dəqiqədə vurduğu qol serblərə 1:0 hesablı qələbə qazandırıb.
Estoniya yığmasının start heyətində yer alan Zenyov 88-ci dəqiqədə əvəzlənib. Bu, 27 yaşlı hücumçunun yığma komandasında keçirdiyi 49-cu oyun olub.
Qeyd edək ki, Zenyov Estoniya millisində bu vaxta qədər 9 qola imza atıb.
0
0