Azərbaycan Premyer Liqasının XXVI turunda “Kəpəz”lə qarşılaşacaq “Qəbələ” matçın hazırlığına bu gün start verib. Klubdan apasport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar”ın heyətlə bağlı bir problemi qalıb.
Uzun müddətdi ki, zədəli olan Vitali Vernidub hələ də sıraya dönməyib. Ukraynalı müdafiəçi Gəncə səfərində də komandasına kömək edə bilməyəcək. Baş məşqçi Roman Qriqorçuk digər futbolçuların isə xidmətindən yararlana biləcək.
“Qəbələ” Gəncəyə oyundan 1 gün əvvəl, yəni aprelin 15-də yola düşəcək. Komanda matçın hazırlığını orada tamamlayacaq.
Qeyd edək ki, ayın 16-da keçiriləcək “Kəpəz” – “Qəbələ” matçı saat 16:00-da start götürəcək.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu