2015/16 mövsümünün hazırlıqlarını davam etdirən "Qəbələ" sabah növbəti yoxlama oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Bakı “İnter”i ilə qarşılaşmada qüvvəsini sınayacaq.
Bu, komandalar arasında ardıcıl 2-ci yoxlama matçı olacaq.
İyunun 24-də baş tutan ilk görüşdə “Qəbələ” Aleksey Antonovun qolu ilə qalib gəlmişdi – 1:0.
Matç Qəbələ şəhər stadionunda saat 20:00-da start götürəcək.
Xatırladaq ki, 4-cü yoxlama oyununu keçirəcək “qırmızı-qaralar” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Ərzurumun U-21 komandasını 2:1, “Aşkalespor”u 10:0 hesabı ilə məğlub etmişdi.