[b]“Qəbələ”nin ilk matçının dəqiq vaxtı bilindi[/b]
15.01.2016 - 20:36
[b]“Qəbələ”nin ilk matçının dəqiq vaxtı bilindi[/b]

2015-2016 mövsümünün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” sabah ilk yoxlama oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, yanvarın 10-dan Antalyada məşq edən “qırmızı-qaralar”ın ilk rəqibi Almaniyanın “Osnabryuk” klubu olacaq.

 

Bu matç Roman Qriqorçukun yetirmələrinin 2016-cı ildə ilk sınağıdı.

 

“Qəbələ” – “Osnabryuk” matçı Bakı vaxtı il saat 17:30-da başlayacaq. Görüş “Gloria” məşq meydançalarında keçiriləcək.

 

Yoxlama oyunu

16 yanvar

17:30. “Qəbələ” – “Osnabryuk” (Almaniya)
“Gloria” məşq meydançaları

 

(klub saytı)