[b]“Qəbələ”nin ilk rəqibi müəyyənləşdi[/b]
14.06.2015 - 07:58
[b]“Qəbələ”nin ilk rəqibi müəyyənləşdi[/b]

2015/16 mövsümünün hazırlıqlarını Ərzurumda davam etdirən “Qəbələ” təlim-məşq toplanışının 4-cü gününü iki məşqlə başa vurub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” hazırlıq zamanı həm toplu, həm topsuz məşq ediblər.

 

Roman Qriqorçukun yetirmələri taktiki hazırlıq üzərində də çalışıblar. Dodo, Rikardinyo, Tellur Mütəllimov və Ruslan Əmircanov fərdi məşqlə kifayətləniblər. Milli komandaların heyətində olan futbolçular - Cavid Hüseynov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov və Elvin Camalov məşqlərdə iştirak etməyiblər.
 

“Qəbələ”nin Ərzurum toplanışı çərçivəsində ilk yoxlama oyunununda üz-üzə gələcəyi rəqib də müəyyənləşib. Şimallılar iyunun 15-də Ərzurumun U-21 komandası ilə qarşılaşacaqlar. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.