[b]“Qəbələ”nin müdafiəçisi 3 həftə oynamayacaq[/b]
03.04.2018 - 15:47
[b]“Qəbələ”nin müdafiəçisi 3 həftə oynamayacaq[/b]

“Qəbələ” ciddi itki ilə üzləşib. Klubdan apasport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar”ın müdafiəçisi Vitali Vernidub bir müddət komandasına kömək edə bilməyəcək.

 

Ötən gün Premyer Liqanın XXI turunda “Sumqayıt”la oyunda (1:1) zədələnən Vernidub tibbi müayinədən keçib. 31 yaşlı futbolçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bəlli olub.

 

Həmin görüşdə xəsarət alan “Qəbələ”nin digər futbolçusu Stiven Monrozun isə zədəsi ciddi deyil.

 

Qeyd edək ki, Vitali Vernidub cari mövsüm Premyer Liqada 17 oyun keçirib.

0