[b]“Qəbələ”nin oyunu moldovalı hakimlərə tapşırıldı[/b]
13.10.2016 - 15:11
[b]“Qəbələ”nin oyunu moldovalı hakimlərə tapşırıldı[/b]

Gənclər Liqasının oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanı Çempionlar yolunda təmsil edən “Qəbələ”nin Rusiya “Dinamo”su ilə Moskvadakı qarşılaşmasını moldovalı ədalət təmsilçiləri idarə edəcək.

 

Görüşün baş hakimi Dumitru Muntyan olacaq. Onun köməkçiləri həmyerliləri Vyaçeslav Sivaçyov və Anatoli Basiuldu. Hələlik yalnız matçın Rusiyadan olacaq 4-cü hakimi bəlli deyil. Belə ki, digər hakimləri UEFA təyin edirsə, bu vəzifənin sahibini meydan sahibi ölkənin federasiyası müəyyənləşdirir. Rusiya Futbol İttifaqı qarşılaşmaya hansı hakimi göndərəcəyini dəqiqləşdirməyib.

 

Hakimlərin işinə bu ölkədən olan mütəxəssis qiymət verəcək. Belə ki, hakim-inspektor funksiyası tanınmış fit sahibi olan Yuri Baskakova həvalə edilib.

 

Qeyd edək ki, Qəbələdə keçirilən ilk görüşdə də meydan sahibləri – iki təmsilçimiz iş başında olub. Asim Xudiyevin hakim-inspektor, Ömər Paşayevin dördüncü hakim olduğu matçda qonaqlar 2:0 hesabı ilə qələbə qazanmışdı.

 

Gənclər Liqası

Çempionlar yolu

I mərhələ, cavab oyunu

19 oktyabr

19:00. “Dinamo” (Moskva, Rusiya) – “Qəbələ” (Azərbaycan)

Baş hakim: Dumitru Muntyan

Baş hakimin köməkçiləri: Vyaçeslav Sivaçiov, Anatoli Basiul (hamısı Moldova)

Hakim-inspektor: Yuri Baskakov (Rusiya)

UEFA nümayəndəsi: Anuar Bidanov (Qazaxıstan)

Ximki. “Rodina” stadionu

İlk oyun – 2:0

0