[b]“Qəbələ”nin rəqibi aşağı dəstə klubuna uduzdu[/b]
02.09.2016 - 01:26
[b]“Qəbələ”nin rəqibi aşağı dəstə klubuna uduzdu[/b]

UEFA Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən olan “Maynts” yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, alman klubu həmyerliləri “Sendhauzen”lə qarşılaşıb.

 

İkinci Bundesliqa təmsilçisi ilə görüşdə “Maynts” 1:3 hesablı məğlubiyyətə üzülüb.

 

“Qəbələ”nin rəqibinin heyətində Pablo De Blasis fərqlənib. Aşağı dəstə klubunun qollarını isə Denis Linsmayer, Lukas Höler və Daniel Qordon vurub.